Retro stilində ən gözəl donlar - FOTOLAR
Bizi izləyin

Dəb

Retro stilində ən gözəl donlar - FOTOLAR

Retro - latıncadan geriyə, geriyə yönəlmiş deməkdir. Mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları bildirən termindir. 50-60-cı illərin dəbi dedikdə retro stili nəzərdə tutulur.

Retro həm saç stilində, həm ayaqqabı, həm çanta, həm də aksessuarlarda və bütün geyim əşyalarında bu mövsüm özünü kəskin şəkildə hiss etdirir. Belə ki, dizaynerlərin nostalji hissləri onların yaradıcılıq fantaziyasına təsir edərək 50-60-cı illərin dəbini geri qaytarmağa sövq edib.

Paltarlar. Cürbəcür rənglərdə çit və başqa materiallardan hazırlanmış sarafan və donlar xanımlarımızın zövqünü oxşayacaq. Əsasən beli kip, ətəyi klyoş olan modellər çoxluq təşkil edəcək.

Ayaqqabılar. 30-60-70-ci illərin ayaqqabı modelləri, xüsusən də platformalar üzərində olan ayaqqabılar bu il dəbdədir. Rəngarəng platformalı ipli ayaqqabılar xanımları retro stilinə bürüyəcək.

Aksessuarlar. Enli kəmərlər, uzun krujevalı əlcəklər, şlyapalar, rəngli parçadan saç bantları və muncuqlardan hazırlanmış bəzək əşyaları yayın əsas aksessuar dəbini təşkil edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm