İtalyan moda evinin yeni kolleksiyası – FOTOLAR
Bizi izləyin

Dəb

İtalyan moda evinin yeni kolleksiyası – FOTOLAR

İrina Şeyk ilə Naomi Kempbell mübaliğəsiz dünyanın ən seksual modelləridir. Publika.az xəbər verir ki, bu iki xanım Parisdə keçirilən moda həftəsinin qonağı olublar. Onlar “Versace” moda evinin yeni kolleksiyasının dəfiləsində iştirak ediblər.

Yeri gəlmişkən, qeyd edək ki, İrina Şeykin limon sarısı mini donu da elə “Versace” moda evinə aiddir. Nümayişdə hər kəs Bredli Kuperin yeni sevgilisi, yəni İrina Şeyki maraqla nəzərdən keçirib. Qonaqlar fotoqraflara poza verəndən sonra dəfiləyə start verilib.

“Versace”-nin kutyur kolleksiyasının nümayişinə gələnlər hər dəfə bundan daha yaxşısı ilə qarşılaşacaqlarına inanmırlar. Amma görünür ki, Donatella Versace yorulmaq bilmir, onun fantaziyası, sadəcə, tükənməzdir. Dizaynerin Paris moda həftəsində nümayiş etdirdiyi axşam geyimlərindən ibarət kolleksiyası ekzotik və olduqca maraqlıdır.

İtalyan moda evinin son iki pret-a-porte mövsüm kolleksiyalarında xeyli dəyişikliklər müşahidə olunur. Moda evinin direktoru Donatella Versace də bu barədə deyir ki, marka yeni istiqamət axtarışındadır. Və deyəsən, o öz axtardığını tapıb. Ev sahibəsinin sözlərinə görə, "Versace” qızların daha yumşaq və həssas tərəflərini göstərmək istəyir. Əgər əvvəllər onun qəhrəmanları amazonlar, ya da qadın pişiklərə bənzəyirdisə, hazırda bu obrazları yunan ilahələri əvəz edir. Lakin dizayner cəngəllik mövzusundan da tamamilə imtina etməyib. Yeni kolleksiya da bir-birinə zidd olan iki istiqamətin harmonik birləşməsi əsasında hazırlanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm