Xeyriyyə tədbiri moda nümayişinə döndü - FOTOLAR
Bizi izləyin

Dəb

Xeyriyyə tədbiri moda nümayişinə döndü - FOTOLAR

Parisdə Yüksək Moda Həftəsi çərçivəsində amfAR xeyriyyə təşkilatının tədbiri təşkil edilib. Xeyriyyə gecəsində dünyanın moda və şou-biznesinin ulduzları iştirak ediblər. Qonaqların əsas hissəsini "Atelier Versace" moda nümayişinin iştirakçıları təşkil edib. Moda evinin kreativ direktoru Donatella Versaçe qırmızı xalıda yeni kutyur kolleksiyasının motivləri əsasında hazırlanmış eksklüziv libasda görünüb.

Modellər Karli Kloss, Coan Smols, Dautsen Krez isə sözügedən moda evinin nümayişində geyindikləri libasda tədbirə qatılıblar. Naomi Kempbell, Rouzu Hantinqton-Uyatli, İrina Şeyk, Yelena Perminova, Miroslavz Duma, Nataşa Poli, Saşa Pivovarova, Natalya Vodyanova da "Versace" moda evinin libaslarına üstünlük veriblər.

Beləliklə, xeyriyyə tədbiri moda nümayişini xatırladıb.

Publika.az gecədən fotoları təqdim edir:

BANU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm