Çılpaq çiyinləri vurğulamaq dəbdədir - FOTOLAR
Bizi izləyin

Dəb

Çılpaq çiyinləri vurğulamaq dəbdədir - FOTOLAR

Çılpaq çiyinlər ədəb qaydaları çərçivəsində zərif dərini vurğulayan ən əlverişli, fərqli və rahat üslubdur. Bundan başqa, çiyni açıq köynəklər, toplar və donlar yayın ən qaynar yeniliyidir. Üstəlik, havalar çox isti olduğu üçün açıq çiyinlər tərləmək problemini aradan qaldırır.

Çiyni açıq maksi və ya mini klyoş paltarlar bu mövsümdə xüsusi ilə aktualdır. Onlar bilək ətrafında bağlanan nazik qayışlı bosonojka və miniatür əl çantasıyla əla görünür. Eyni zamanda, çiyni açıq dar midi donlar da dəbdədir. Lakin onlar yalnız ideal bədən quruluşuna malik xanımlara çox gözəl yaraşırlar.

Sarafanların çiyinləri açıq versiyaları yayın əvəzolunmazıdır. Açıq, yumşaq pastel rəngli, birrəngli, etnik və ya çiçək printli pambıq, kətan və ipək kimi təbii parçalardan hazırlanan modellər seçin. Onları qladiator səndəllərlə geyinin.

Çiyni açıq topları hündürbel şort və ya şalvarlarla uzlaşdırmaq olar.

Məşhur dizaynerlərin bir çox kolleksiyalarında açıq çiyinli gəlinliklər öz yerini çoxdan möhkəmlədib. Bohem tərzində gəlinlik axtaran qızlar üçün çiyin dekolteli paltarlar ideal seçimdir. Belə paltarlar çılpaq körpücük sümüklərinə bir incəlik və zəriflik əlavə edə bilər.

Çiyinlərdə kəsiklər 90-cı illərin qranj üslubunu xatırladır. Çiyni kəsik köynək və paltarları istənilən gündəlik və klassik ayaqqabı ilə uyğunlaşdırmaq olar.

Lakin bu trendlə ehtiyatlı olmaq lazımdır. Belə paltarlar kiçik miniatür bədən ölçülərinə və qəşəng çiyinlərə yaraşır. Əgər sizin çiyinləriniz çox enlidirsə, yaxud döşləriniz çox böyükdürsə, bu trend sizə görə deyil. Çünki çiyin dekolteli köynəklər çatışmazlıqları gizlətmək yerinə, daha da vurğulayacaq.

Çılpaq çiyinlər özlüyündə çox diqqət cəlb edir. Və ona görə də dekolte zonasını dəbli aksessuarlarla vurğulamaq mütləqdir. İncə boyunbağılar, bilərziklər və üzüklər obraza parlaqlıq verir. Çiyin dekolteli paltarları saçları toplayaraq, həm də uzun sırğalarla birləşdirdikdə romantik axşam obrazı alınır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm