İtalyan moda evindən dəbdəbəli ziyafət qiyafələri - FOTOLAR
Bizi izləyin

Dəb

İtalyan moda evindən dəbdəbəli ziyafət qiyafələri - FOTOLAR

Dünən Paris moda həftəsi çərçivəsində kutyur qiyafələrinin növbəti nümayişi baş tutub. Publika.az xəbər verir ki, “Armani Prive” moda evi payız-qış geyimlərini təqdim edir.

Maestro Armani yeni kolleksiyanın yaradılmasında cəsarətli işıq palitrasından və rəngarəng teksturalardan istifadə edərək öz yaradıcılığının başlanğıcını ifadə etməyə çalışıb. Əslində gül bəzəkləri “Armani Prive” üçün çox qeyri-adi idi. Bayramsayağı dəstlər məxmər, ipək və jakkard parçalardan hazırlanıb.

Modellər podiumda metal saplarla işlənmiş, sayrışan payetlərlə və muncuqlarla bolluca bəzədilmiş döşəməyə qədər uzanan ansambllar nümayiş etdiriblər. Bu obrazları uzun saçaqlı, iri sırğalar, məxmər çantalar və dəri klatçlar bəzəyib. Möhtəşəm kolleksiya düşünməyə əsas verir ki, Hollivud ulduzları qırmızı xalı mərasimlərində moda evinin qiyafələrini geyinəcəklər.

Difələdə Naomi Uotts, Yelena Perminova, Con Ledcend kimi məşhur simalar da iştirak ediblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm