Çindən müharibə elanı kimi BƏYANAT: “Təhlükəsizliyin müdafiəsi üçün…”
Bizi izləyin

Digər

Çindən müharibə elanı kimi BƏYANAT: “Təhlükəsizliyin müdafiəsi üçün…”

Pekin ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Mustin” esminesinin Cənubi Çin dənizində mübahisəli adaların yaxınlığında yerləşən akvatoriyaya daxil olmasına sərt reaksiya göstərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin ABŞ-ı Çinin müstəqilliyini pozan və təhlükəsizliyinə təhlükə yaradan fitnəkar hərəkətlərə son qoymağa çağırıb.

Diplomatın sözlərinə görə, Çin həmçinin ABŞ-ı Cənubi Çin dənizində sülh və sabitliyin saxlanılması üzrə regional dövlətlərin səylərinə hörmət etməyə çağırır. O bildirib ki, Çin öz müstəqilliyi və təhlükəsizliyinin müdafiəsi, həmçinin Cənubi Çin dənizində sülh və sabitliyin müdafiəsi üçün lazımı addımları atmaqda davam edəcək.

“Hazırda Cənubi Çin dənizində vəziyyət yaxşılaşmağa davam edir. Bu, Çin və ACEAN ölkələrinin səylərinin sayəsində olur. ABŞ isə belə şərtlərdə Cənubi Çin dənizində qəsdən problemlər və gərginlik yaradır, regionda sülh və sabitliyə zərər vurur, sabitlik, əməkdaşlıq və inkişafı arzulayan region ölkələrinin arzularına qarşı çıxır”, - diplomat vurğulayıb.

Qeyd edək ki, Çin və bir sıra regionun ölkələri - Yaponiya, Vyetnam və Filippin arasında dəniz sərhədləri üzrə fikir ayrılıqları var. Son iki il ərzində isə Amerika esminesləri tez-tez mübahisəli sulara daxil olur. Çin adaların ona məxsus olduğunu bildirsə də, ABŞ Pekinin adaların üzərindəki hakimiyyətini tanımır.

2016-cı ilin iyulunda Haaqada Arbitraj Məhkəmənin daimi palatası Filippininin iddiası üzrə qərara alıb ki, Çin Cənubi Çin dənizində ərazi iddiaları üçün əsaslara malik deyil. Çin qərarı etibarsız adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm