Misirdə hərbçilərə hücum - Ölənlər və yaralananlar var
Bizi izləyin

Digər

Misirdə hərbçilərə hücum - Ölənlər və yaralananlar var

Misirin Sinay yarımadasında terrorçular hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hücum hakimiyyət orqanlarının fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə bəyanatından bir neçə saat sonra, səhər saatlarında baş verib. Terrorçulardan 4-ü üzərindəki intihar kəmərini partladıb. Hadisə nəticəsində 8 hərbçi həlak olub.

Hücum zamanı habelə 14 silahlı öldürülüb. Bununla yanaşı, daha 15 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm