Meksikada daha bir mer öldürüldü
Bizi izləyin

Digər

Meksikada daha bir mer öldürüldü

Meksikanın Xilotlan şəhərinin meri öldürülüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Karlos Andrade Maqanya naməlum şəxslər tərəfindən Xalisko ştatının sərhədində güllələnib.

Bir neçə gün əvvəl Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Qarsiya öldürülüb. Ötən il Meksikada daha bir neçə şəhər rəhbəri öldürülüb.

Hüquq müdafiəçiləri hücumların narkotik ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədildiyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm