Totontoda mikroavtobus kütləyə çırpıldı: 9 ölü, 16 yaralı (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Totontoda mikroavtobus kütləyə çırpıldı: 9 ölü, 16 yaralı (YENİLƏNDİ)

Kanadanın Toronto şəhərində mikroavtobusun piyadaların üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. 16 nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, bunu Toronto şəhər polisinin rəis müavini Piter Yuen bildirib.

***

Kanadanın Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 5 nəfər ölüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl insident nəticəsində 10-dək insanın müxtəlif dərəcəli xəsarət aldığı bildirilirdi.

Hadisə yerindən qaçan sürücü saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

***

Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dək insanın xəsarət aldığı ehtimal olunur.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm