Kanadada terror törədən sürücü Ermənistan vətəndaşı çıxdı - - FOTO/VİDEO
Bizi izləyin

Digər

Kanadada terror törədən sürücü Ermənistan vətəndaşı çıxdı - - FOTO/VİDEO

Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.

Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermir.

"Reuters" iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm