“Pxenyan Trampın şərtlərini yerinə yetirmək istəmir” - ŞƏRH
Bizi izləyin

Digər

“Pxenyan Trampın şərtlərini yerinə yetirmək istəmir” - ŞƏRH

Pxenyanın dünən Vaşinqtonu ABŞ-Koreya Xalq Demokratik Respublikası sammitini ləğv etməklə hədələməsi gündəmdə şok effekti yaratdı. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilir.

Həmçinin bildirilir ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp KXDR-in lideri Kim Çen Inla görüşünün tarixi və yerini açıqlamışdı. O, Kim Çen Inla çoxdan gözlənilən görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.

Publika.az xəbər verir ki, “Russia Today” telekanlının saytına açıqlama verən Lomonosov adına Moskva Dövlət Universitetinin Ruzvelt adına ABŞ-ın öyrənilməsi Fondunun direktoru Yuri Roqulyovun fikrincə, Birləşmiş Ştatlar güc mövqeyindən danışmağa üstünlük verir.

“Donald Tramp hesablayırdı ki, ABŞ sıxacaq və Koreya Xalq Demokratik Respublikası hər şeydən imtina edəcək, Amerikanın şərtlərinə hazır olacaq. Koreya cavab verir ki, bu belə deyil. Koreya Xalq Demokratik Respublikası Trampın şərtlərini yerinə yetirmək istəmir, amma dialoqa hazırdır. Bu, əlbəttə, diplomatik manevrlərdir və danışıqların kəsilib-kəsilməyəcəyinindən danışmaq hələ tezdir. Bununla belə, Pxenyan öz mövqeyini açıq söylədi”, - o deyib.

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko isə hesab edir ki, ABŞ İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışı Koreya böhranının nizama salınma üzrə danışıqlar üçün əlverişsiz fon yaradır.

“Hesab edirəm ki, Vaşinqton belə hərəkətlərlə məsuliyyətin yoxluğunu nümayiş etdirdi. Anlamaq mümkün deyil ki, sonra olacaq. Etibar mühiti dağıdılıb, siyasətin gözlənilməzliyi, əldə edilən razılaşmaların dayanıqsızlığı amilləri ortaya çıxıb”, - Matviyevko “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi planetdə sülh və sabitliyin saxlanılması üçün birbaşa məsuliyyət daşıyır.

“Amma onlar belə şeyləri özünə rəva görürlərsə, bundan sonra ümumiyyətlə, hansı razılaşmalara inanmaq olar?” - Matviyenko qeyd edib.

Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə etdi ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm