Maduro yenidən prezident seçildi
Bizi izləyin

Digər

Maduro yenidən prezident seçildi

Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəlib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib.

"Seçkilərdə iştirak etmiş 46,01 seçici bülletenlərinin 92,6 faizinin hesablanmasından sonra Maduronun 5823718 səs, Enri Falkonun 1 820 552 seçici səsi, Havyer Bertuççinin 925 min səs topladığını deyə bilərik", - deyə Lusena bildirib.

Bu mənada Maduro 2025-ci ilə qədər dövlət başçısı vəzifəsində qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm