• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İnteryerdə kəpənək dəbi – FOTOLAR

  • Dizayn
  • 23 İyul 2015 13:45
  • 2 040 Baxış
İnteryerdə kəpənək dəbi – FOTOLAR

Demək olar ki, evlərdə divarlar həmişə boş olur. Boş divarların sıxıcı görünməməsi üçün dizaynerlər maraqlı ideyalar təklif edirlər. Boş divarlarda bəzək əşyalarına eksperiment üçün həmişə yer var. Məsələn, kəpənəklərdən istifadə edərək divarlarınızı gözəlləşdirə və evinizdə daha bir fərqli ab-hava gətirə bilərsiniz.

Bu ideyalar ucuz yolla sizin evinizdə sərinləşdirici və abadlıq işləri görmək üçün əla vasitədir. Ancaq bu kəpənəkləri qəribə fasonlarda istifadə etmək olar. Kəpənəklərin rəngləri və formaları müxtəlif olduğu üçün onun üslubunu həmişə siz özünüz müəyyənləşdirməlisiniz.

Evinizə gələn qonaqlar bu bəzəkləri görəndə öz otaqları üçün eyni dekoru dərhal istəyəcəklər. Uşaq otaqları üçün daha uyğun olsa da, həmçinin digər otaqlar və divarlar üçün də yaxşıdır.

Publika.az divarları bəzəyən kəpənək dəbinə aid bir neçə nümunə toplayıb.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR