Hər kəs belə ev istəyər – FOTOLAR
Bizi izləyin

Dizayn

Hər kəs belə ev istəyər – FOTOLAR

Amerikalı memar Kris Heyninq yaşamaq üçün bütün rahatlığı olan cəmi 18 kv.metrlik mənzilin layihəsini hazırlayıb. Nəticədə təkcə rahat deyil, həm də dəbdəbəli və gözəl görünüşü olan ev meydana çıxıb.

Publika.az xəbər verir ki, ipoteka və kommunal xərclər baha başa gəldiyindən, memar bu evin ətrafda yaşayanlarda böyük maraq doğurduğunu söyləyib.

Kənardan baxanda inanmaq olmur ki, sahəsi cəmi 18 kv.metr olan bu evin içərisinə qonaq otağı, mətbəx, rahat yataq otağı, hamam və tualet yerləşir. Evin əsas üstünlüklərindən biri isə bir yerdən başqa yerə daşınmasının mümkün olmasıdır.

Kris Heyninq 20 il Yaponiyada yaşayıb. Onun yaratdığı bu evdə də minimalist yapon üslubu özünü göstərir. Divanı açaraq iki nəfərlik çarpayıya çevirmək olar. Bu o deməkdir ki, evdə hətta qonaq da qəbul etmək olar. İkinci mərtəbəyə aparan pilləkənlər də çox əlverişli şəkildə yığılıb, onun altına əlüzyuyan, kiçik soyuducu, soba, dolab, mətbəx stolu, televizor, hətta elektrik kamini yerləşdirilib. Evin damını sökərək onu istənilən yük maşını ilə istənilən yerə daşımaq mümkündür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm