İnteryerdə bənövşəyi rəngin cazibəsi - FOTOLAR
Bizi izləyin

Dizayn

İnteryerdə bənövşəyi rəngin cazibəsi - FOTOLAR

Bənövşəyi müdrikliyin rəmzidir. Ona görə də, onu ağıllı insanların rəngi hesab edirlər. İnsanda xüsusi və maraqlı təəssürat yaradan bu rəng özgüvəni təmsil edir. Unutqanlıq və səbirsizlik də yaradır.

Publika.az xəbər verir ki, mebel şirkətləri bu il təklif etdiyi mebellərdə bənövşəyiyə üstünlük verib. Ona görə də interyerdə bənövşəyinin dəbdə olması təəccüblü deyil. Dekorasiyada bənövşəyi və onun tonlarını istifadə etmək qərarına gəlmisinizsə, tarazlığa fikir verməlisiniz.

İnteryerdə ən sehrli çalar kimi tanınan çəhrayı və bənövşəyinin qarışığı olan bu rəng xəyal gücünü və yaradıcılıq qabiliyyətini artırır. Həmin rənglə dizayn olunmuş otaqda fikirləşmək insanı daxilən sakitləşdirir. Bənövşəyi rəng gözəldir, amma interyerdə başdan-ayağa ondan istifadə etmək tövsiyə olunmur. Çünki otaqda boğucu vəziyyət yarana bilər. Bunun da ən gözəl həlli ev aksessuarlarını bənövşəyi rəngdə seçməkdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm