İnteryerdə yeni dəb: rəngli parketlər - FOTOLAR
Bizi izləyin

Dizayn

İnteryerdə yeni dəb: rəngli parketlər - FOTOLAR

Bu mövsüm ev dekorasiyasında vintaj üslubunu xatırladan köhnəlmiş təbii taxta tonları və rəngli parketlər dəbə minib. Əgər otağınızı vintaj ruhunda bəzəməyə qərar vermisinizsə, rəngli parketlər bu yolda atılan ən yaxşı üsuldur. Publika.az xəbər verir ki, xüsusən də boz və mavi rəngli taxta parketlər aktualdır.

Vanna otağında taxta parketlər

Taxtanın sakitləşdirici tonu və rənginin ən yaxşı inteqrasiya olunduğu məkanlardan biri də hamamdır. Son zamanlar dizaynerlər hamam üçün də suya davamlı parketlər istehsal edirlər. Ona görə də vanna otaqlarında parket istifadə edilməsi olduqca populyarlaşıb. Təbii tonlarda taxta parketlər hamamda həm sakit, həm də isti atmosfer yaradır. Təbii tonlarda parketlərə üstünlük vermisinizsə, seçdiyiniz aksessuarların da ona uyğun olması vacibdir. Bu baxımdan, daş əlüzyuyanlar bu konsepsiya üçün əlverişli sayılır.

Rəngləri qarışdırın

Bu mövsümə damğasını vuran dekorasiya cərəyanlarından biri də rəngli parketlərdir. Rəngli parketlər əyləncəli və isti mühit yaratdığı üçün dostlarınızla yığışıb söhbət etdiyiniz və ya yemək yediyiniz otaqlarda tətbiq oluna bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm