Heydər Əliyev Mərkəzinin memarlıq sirləri - FOTOLAR
Bizi izləyin

Dizayn

Heydər Əliyev Mərkəzinin memarlıq sirləri - FOTOLAR

9 il öncə bu gün (2007-ci il 10 sentyabr) Bakının Nərimanov rayonunda bir binanın, daha doğrusu nəhəng layihənin təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev təməlqoyma mərasimində iştirak etdi.

5 il sonra, 2012-ci ilin 10 may tarixində bu layihənin – Heydər Əliyev Mərkəzinin açılışı oldu. Bir çox səbəblərə görə, bu mərkəzi sıradan bir bina olaraq görmək doğru deyil. Mərkəzin özəllikləri də bu fikri əsaslandırır.

Publika.az Heydər Əliyev Mərkəzinin özəlliklərini təqdim edir.

1. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra arxitektura sahəsində də yeni dönüş oldu. Xüsusilə 2000-ci illərdən başlayaraq, SSRİ dövründən qalma binaların yerini modern arxitektura əvəzləməyə başladı.
Bunlardan biri də dünya şöhrətli memar xanım Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzidir.

2. Z.Hadid 2007-ci ildə layihə ilə bağlı müsabiqənin qalibi oldu və işə başladı. Onun məqsədi monumental sovet arxitekturasından çıxmaq və tamamilə yeni mərkəz yaratmaq idi. Bu həm də mədəniyyətin yeni istiqamətdə inkişafının nümayişi idi.

3. Mərkəzin binası düz səthə malikdir, sanki üzərindən su axıb keçir. Bu formaya dağlar kimi əyriliklər də əlavə olunur və bu forma təkcə dekorativ funksiyanı yerinə yetirmir, həmçinin, bina daxilində naviqasiyanı da yüngülləşdirir.

4. Bu forma sayəsində bina ilə onu əhatə edən mənzərə arasında sərhəd silinir. İnsanlar bu mərkəzə bina olaraq baxmır. Bura sanki Bakının landşaftının bir hissəsidir.

5. Binaya belə forma vermək üçün inşaatçılar 90 kilometr metal borulardan ümumi şəbəkə yaradıblar. Panellərin forması xüsusi proqramla layihələşdirilib.

6. Memarlar danışırlar ki, inşa zamanı Azərbaycanın mədəniyyət ənənələri onlara ilham verib. Xüsusilə xalçaçılıq ənənələri.

7. Bayırdan binada beton konstruksiya görünmür. Memarlar sərt karkası gizlətməyi bacarıblar.

8. Üzlük materialın üzlüyü diqqətlə seçilib. Layihəçilər steklofibrobetondan istifadə etməyə qərar veriblər, hansı ki, bu elastik və zərbəyə davamlı materialdır və zaman keçdikcə əyriliklərdə çatlamır.

9. Mərkəzin daxilində Heydər Əliyev muzeyi, auditoriya zalı, nümayiş zalları, konfrans zalları, mühazirə auditoriyalar və restoran yerləşir.

10. Mərkəzin birinci mərtəbəsində avtomobillər dayanıb. Heydər Əliyev prezidentliyi dövründə (1993-2003-cü illər) bu avtomobillərdən istifadə edib.

11. Binanın işıqlandırılması da özünəməxsusdur. Bunun sayəsində bina gündüz və gecə tamamilə fərqli görünür.

12. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin “İlin Dizayni - 2014” müsabiqəsinin əsas mükafatına layiq görülüb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm