Təyyarədə lüks həyat yaşayan zənginlər - İNANILMAZ - FOTOLAR
Bizi izləyin

Dizayn

Təyyarədə lüks həyat yaşayan zənginlər - İNANILMAZ - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” (BƏƏ) aviaşirkəti çoxlarının çarpayıda uzanaraq səyahət etmək arzusunu reallaşdırıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” (BƏƏ) aviaşirkəti çoxlarının çarpayıda uzanaraq səyahət etmək arzusunu reallaşdırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Etihad Airways” aviaşirkəti bu istiqamətdə addımlayıb və dünyanın ən bahalı А380 təyyarəsini hazırlayıb. Aviasiya fotoqrafı Marina Lısçeva təyyarənin virtual fotolarını çəkib.

Təxminən bir il əvvəl aviaşirkət görüntüsünü dəyişdi və А380 rənglənmiş ilk təyyarə oldu. Şirkət BƏƏ-nin bayraq və gerbi əvəzinə rəngbərəng üçbucaqlardan ibarət fiqurların şəklini vurub. İkimərtəbəli aerobus 4 tipli yerdən ibarətdir: İqamətgah, ekonom, biznes və birinci sinif. Yuxarı göyərtədə lüks yerlər yerləşir.

İki sərnişin üçün nəzərdə tutulmuş iqamətgah pilləkənlərdən sağda yerləşir. 12 kv metrlik ərazidə üç otaq yerləşir: Qonaq ( yeməkxana və kinozal) və yataq otağı, hamam və tualet. İqamətgaha Londonda Savoy hotelində təlim keçən fərdi qulluqçular xidmət göstərir.

Belə iqamətgahda Əbu-Dabidən Londona uçuş təxminən 77 min dirhəmə başa gələcək. Bununla belə biletləri təxminən bir il qabaqcadan almaq lazımdır. Bu məbləğdən keçən sərnişinlər qonaq otağı, yataq otağı, duş, aşpaz, xidmətçi qız və iki düz ekran TV ilə təmin ediləcək.

Birinci dərəcəli salon daha sadə görünür. Onun sahəsi 5 kv m-dir. Eyni marşrut üzrə belə salonda uçuşun qiyməti 31 ilə 36 min dirhəmə başa gəlir.

Hər bir sərnişin üçün xüsusi yer ayrılıb və yerlər bir-birindən divarla ayrılıb. Lakin qonşusu ilə ünsiyyətdə olmaq istəyənlər üçün divara kiçik pəncərələr qoyulub.

Hamam otağı isə mənzildən fərqlənmir.

Bu isə biznes-sinfin görüntüsüdür. Burada hər kəs öz kreslosunda oturur və istəyinə görə, pultunun köməyi ilə bir düyməni basmaqla onu hərəkətə gətirə bilər. Kreslo üfüqi istiqamətdə açılanda çarpayıya çevrilir.

Sərnişin üçün diş fırçası, daraq, corab və digər yol ləvazimatları.

Təyyarənin quyruğunda biznes sinfin sərnişinləri üçün yuxarı göyərtədə istirahət otağı – bar yerləşir.

Aşağı mərtəbədə ekonom-sinif bölməsi yerləşir. Nəhayət ki, kimsə daha rahat yastıq hazırlamaq fikrinə düşdü.

Qəza vəziyyətində sərnişinlər üçün çıxış yolu var.

Uşaq dəstləri

Pilotların kabinəsi

İdarəetmə kabinəsiylə üzbəüz heyət üzvü üçün istirahət yerləri var. Bura pilotların bir-iki saat mürgüləməsi üçün çox rahatdır.

Yaxşı yol!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm