Dünyanın ən maraqlı və bahalı 20 evi - FOTOLAR
Bizi izləyin

Dizayn

Dünyanın ən maraqlı və bahalı 20 evi - FOTOLAR

Dünyanın ən bahalı evləri necə görünür və onları kimlər tikdiyini, ya da Hollivud filmlərində milyarderlərin harada qaldığını, hovuzun damda olduğu evlər barədə düşünmüsünüz?

Publika.az cəsarətli dizaynları ilə sizi təəccübləndirəcək, qeyri-adi ev, villalardan seçmələri təqdim edir.

Şüşə ev - Yaponiya

Bu inanılmaz ev təbii işıq həvəskarları üçün tikilib. Bina Tokionun ən sıx insan məskunlaşan küçəsində tikilib. Bu evdə ayrı-ayrı otaqlar yoxdur və insanlar sanki icma halında yaşayır.

Qeliodom – Fransa

Fırfıraya bənzər bu ev ekoloji baxımdan çox sərfəlidir. Evin üzərindəki günəş panelləri vasitəsilə maksimum enerji əldə etmək mümkündür. O Günəşdən lazımı enerjini ala biləcək bucaq altında tikilib. Bununla da bütün istilik və işıqlandırma ehtiyacı ödənilir.

Balıqqulağı ev "Nautilius" – Meksika

Bu ev təbii memarlığı ilə bioteka estetikasına uyğundur. Müxtəlif rəngli şüşələr vasitəsilə işıq şüaları evi parıltılarla doldurur. Nahamar, möhkəm divarlar zəlzələyə qarşı davamlı hesab edilir.Döşəmədə canlı bitki xalçası var və daşdan cığırlar sizi yaşayış üçün nəzərədə tutulan otaqlara aparır.

Daş ev - Portuqaliya

Bu sirli ev mağara insanının evini xatırladıq. Sanki ibtidai icma dövründən həmin ev bizim dövrümüzə qədər gəlib çatıb. Mamır və kirəmitlə örtülmüş iki daşın arasında tikilmiş açıq hovuzla və daş anbarıyla bu ev hər il minlərlə turistin baş çəkdiyi məkana çevrilib.

Tırtıl ev

Sebastyan İrrazavalu özünə müasir və qənaətcil ev tikmək üçün 12 dəniz konteynerindən istifadə edib. Fikirləşdiyi dizayn və şüşələrin düzgün yerləşməsinin sayəsində əsas otaqlar günəş batana qədər maksimum işıq görə bilir.

Drina çayı üzərində tərki dünya evi-Serbiya

Burada ilk ev 1969-cu ildə tikilib.Bir neçə dəfə çay daşarkən ev axına qoşularaq dağılıb. Lakin yerli sakinlər tərəfindən hər dəfə də bərpa edilib. Əvvəl gənclər mahnı dinləmək üçün bu evdə toplanırdılar. Bu gün isə bu evdə istirahət etmək üçün 2 günlük kirayələmək mümkündür.

Şüşə pavilion - ABŞ

Bu dünyanın ən bahalı və minimalizm üslubunda tikilmiş müasir evi hesab edilir. Stiv Germanın memarı olduğu bu ev üçün 29 milyon dollar xərclənib və evin tikintisi 6 ilə başa çatıb. Lakin illərdir bu evə kirayəşin tapılmır.

Dəmir insanın evi - ABŞ

Kinomanların yaşayış yeni kimi tanınan Razor Residence sarayı “Dəmir adam”filmindən sonra belə adlandırılır. Xüsusi effektlər sayəsində evin bayırdan görünüşü fərqlidir. Evin ən böyük uğuru isə 117milyon dollar kirayələnməsidir.

Hobbitin evi - Böyük Britaniya

Hobbitin evini xatırladan bu məkan sizə bir az balaca görünə bilər. Lakin onun tikintisinə 3 min avro xərclənib və yalnız təbii materialdan istifadə edilib.

Meduzanın evi - İspaniya

Bu evin damı hovuzdan ibarətdir və ərtaf binalar sanki dənizin içindəymiş kimi görünür. Dalğalar qonaq otağında əcaib parıltılar yaradır, pəncərələr sayəsində parıltı bütün otaqları doldurur.

Keret evi - Polşa

Bu dünyanın ən dar evi kimi məşhurdur. Evin ən uzun bölgəsi 122 sm uzunluğundadır. Lakin bu evin qurulmasında ciddi Polşa ev incəsənəti qanunları əsas götürülüb. Binanın nə üçün bu cür qurulması barədə yeganə izah onun İsrailli yazıçı və rejissor Etqaru Keretuya həsr edilməsidir.

"Antiliya" - Hindistan

Bu dünyada ən bahalı evlərindəndir. Dəyəri 1 milyard dollar olan ev 27 mərtəbəlidir, onun idman mərkəzi, rəqs studiyası, 3 helikopter meydançası, şəxsi kinoteatr və yüzlərlə otağı var.

360 dərəcə hərəkət edən ev - Yeni Zelandiya

Bu möcüzəni yaradan ağacda evciyin böyük versiyasını hazırlamaq istəyib. Bu ev tək qalmaq və istirahət etmək istəyənlər üçün mükəmməl yerdir. Onun mini-barı və smartfonun köməyi ilə idarə "ağıllı ev" sistemi var.

Uolstrom evi - ABŞ

Con Lotneranın asimmetrik evi Kaliforniyada belə evlərə dəbi yaratdı. 1964-cü ildə tikilmiş, bu şah əsər orqanik arxitekturanın klassik prinsiplərinin təcəssüm etdirir.

Güzgü kubu - İsveç

Bu tikili ağacda evcikləri təşkil edən “Tree Hotel” seriyasının mehmanxanalarından biridir. İçərinin bayırdan görünməməsi rahatlıq yaradır. Burada bir gecə qalmaq təxminən 500 avroya başa gələcək. Turistləri İsveç mətbəxinin ləziz yeməkləri gözləyir.

Dəmir evi - ABŞ

Bu evin tikilməsinə 110 ton dəmir istifadə edilib və işlər hələ də, davam edir. Tikintinin bu qədər uzanmasının səbəbi memarı işlər başa çatmamış dünyasını dəyişməsidir. O vaxtdan isə bina boşdur.

Qütb ev – Avstraliya

Evin bu cür adlandırılmasının səbəbi tək olmasıdır. Bu evə yalnız xüsusi körpü ilə getmək olur. Evin eyvanından isə okeana valehedici mənzərə açılır.

Daş dövrü evi - ABŞ

Bəziləri bu evi “Daş dövrü” cizgi filminin qəhrəmanlarının evinə bənzədir.Ona görə də ev bu cür adlanır. Lakin buradan dağlara və okeana qəşəng mənzərə açılır. Qeyri-adi dizaynına baxmayaraq heç kim bu evi almaq istəmir. Yalnız əyləncə gecələri təşkil etmək üçün kirayələyir və ya turistlər eskursiyaya gəlir.

Kimball evi - Dominikan Respublikası

Yüksək dizayn elementləri, konsturksiyaları ilə villa stil və zərifliyin təcəssümünü özündə əks etdirir. Bu villanın sahibləri əsasən dostları ilə istirahət etmək üçün bura gəlir. Qalan vaxtlarda isə kirayə verir, bununla da evə çəkilən xərci çıxartmağa çalışırlar.

Şəlalənin üstündə ev – ABŞ

1930-cu illərdə şəlalənin üstündə ev tikmək memarlar qarşısında ciddi bir məsələ idi. Bu evin tikilməsi üçün isə bir ağac belə kəsilməyib, landşaft tamamilə saxlanılıb. Ona görə də ev mükəmməllər siyahısına düşüb. Kaufmana ailəsi bir neçə onillikdə burada dincələndən sonra artıq bu evi muzeyə çeviriblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm