Məşhur iş adamının xanımı möhtəşəm evini göstərdi - FOTOLAR
Bizi izləyin

Dizayn

Məşhur iş adamının xanımı möhtəşəm evini göstərdi - FOTOLAR

Modelyer Selma Çilek möhtəşəm evini nümayiş etdirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli məşhur evini müasir və dinamik tərzdə dizayn edib.

“Çilek” mebel şirktənin sahibi Nilgün Mustafa Çilekin kiçik qızı olan Selma evini şəxsən özü dizayn və dekorasiya etdiyini bildirib. Lüks mənzil giriş otağı, zal, mətbəx, qonaq tualeti və içində geniş tualeti olan yataq otağından ibarətdir. Rənglərin harmoniyası və dəbdəbəli tərzi isə həqiqətən diqqətə layiqdir. Tünd rənglərin hakim olduğu evdə qızılı detallar da çoxluq təşkil edir.

Həndəsi formada və müasir mebelləri həyat yoldaşı ilə birlikdə seçən Selma Çilek məkana uyğun hazırlanan əşyaların mənzildə komfortu təmin etdiyini, eləcə də istifadəni asanlaşdırdığını vurğulayır.

Qeyd edək ki, modelyer Türkiyənin məışhur iş adamıSinan Çiftci ilə evlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm