300 yaşı olan ağacda özünə ev tikdi - FOTOLAR
Bizi izləyin

Dizayn

300 yaşı olan ağacda özünə ev tikdi - FOTOLAR

Ətrafa açılan mənzərə görənləri heyran edir.

Yaponiyanın Shizuoka əyalətində yaşayan Xiroşi Nakamura adlı memar maraqlı layihə ortaya çıxarıb. NAP dizayn şirkətinin dizayn etdiyi ev sosial şəbəkələrdə maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, bölgədə 300 yaşı olan ağacın təpəsində ev düzəldən memar, düzəltiyi evi demək olar ki, zəruri ehtiyyaclarla təmin edib. Ağacın təpəsində olan evə ağır yüklər qaldırmaq olmur.

Yerdən xeyli yüksəklikdə yerləşən evə memar "quş yuvası" adını verib. Uzunluğu 22 metr olan ağacda düzəltdiyi ev həm pratik, həm də komfortludur. Ətrafa açılan mənzərə görənləri heyran edir.

Ev mümkün olduğu qədər yüngül materiallardan istifadə olunaraq tikilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm