Bağ evlərinə rahatlıq qatan avadanlıqlar - FOTOLAR
Bizi izləyin

Dizayn

Bağ evlərinə rahatlıq qatan avadanlıqlar - FOTOLAR

Bağ mövsümünü rahat, yaddaqalan keçirmək üçün bəzi dəyişikliklərə ehtiyac duyulur. Bəzən kiçik əşyalar belə bütöv mövsümü komfortlu keçirməyə imkan verir.

Publika.az şəhərkənarı evlərdə dinclik, rahatlıq, sevinc bəxş edən vasitələri diqqətinizə çatdırır:

Asma çarpayı – açıq havada dincəlməyin, mürgüləməyin ən gözəl üsulu.

Səyyar tonqal – xüsusi qabda olan bu tonqalı axşamlar istənilən yerdə qoyub zövq almaq olar.

Asma divan – daha bir dinclik məkanı. Yellənən bu divanlar həm də qiraət üçün əlverişlidir.

İşıqsaçan masalar – xüsusən də axşamlar xeyli işinizə yarayacaq, əlavə işıqlandırmaya ehtiyac qalmaz.

Trolley – bağda sıxılan, şəhər üçün darıxan uşaqlara bundan yaxşı nə ola bilər?!

Açıq mətbəx – qonaqları çox olan, açıq səma altında şənlik keçirməyi sevən ailələr üçün yarayar.

Tropik duş – isti yay günlərində ağac kölgəsi kar etmirsə, kondisionerə qaçmaq lazım deyil. Çay daşlarının üzərində duş alarkən gözlərinizi yumub özünüzü vəhşi təbiətdə hiss edə bilərsiniz.

Buzla doldurulmuş stol – içkiləri daim sərin və əlaltında saxlamaq üçündür.

Dəyirmi yelləncək qurğusu – ortasında ocaq qalanan bu qurğunun axşam ətrafında oturmağın ayrı ləzzəti olar.

Nohur – bax bunu özünüz də düzəldə bilərsiniz. Ensiz cığır kimi qazıb içinə çay daşları və su doldurmaqla nohurdan zövq ala bilərsiniz.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm