Tanınmış aktrisa 10 milyon dollarlıq möhtəşəm malikanə aldı - FOTOLAR
Bizi izləyin

Dizayn

Tanınmış aktrisa 10 milyon dollarlıq möhtəşəm malikanə aldı - FOTOLAR

Aktrisa Mila Kunislə həyat yoldaşı Eşton Katçer malikanə alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz cütlüyün 10 milyon dollara aldığı yeni ev Santa-Barbara şəhərində yerləşir.

Məlum olub ki, bu yay mövsümünü Mila Kunislə Eşton Katçer okean sahilində keçirəcəklər. Onların evi Beverli Hillz şəhərindən cəmi bir neçə saat məsafədə yerləşir.

Ev altı yataq və altı vanna otağından ibarətdir. Qonaq otağından isə möhtəşəm okean mənzərəsi açılır. Buraya bağ və xüsusi çimərlik əlavə edilir.

Tanınmışların evi klassik Kaliforniya dəniz üslubunda dizayn edilib. Amma Mila ilə Eşton üçün şübhəsiz ki, yeni daşınmaz əmlaklarının gözlərdən kənar yerdə olması daha əsasdır. Orada ulduzlara 2 yaşlı qızları Uayetti və 7 aylıq oğulları Dmitrini paparatsilərdən gizlətmək lazım olmayacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm