Kerimcan Durmazın öz zövqü ilə dizayn etdiyi LÜKS EVİ: “Pulumun say-hesabını itirmişəm” - VİDEO
Bizi izləyin

Dizayn

Kerimcan Durmazın öz zövqü ilə dizayn etdiyi LÜKS EVİ: “Pulumun say-hesabını itirmişəm” - VİDEO

İnstaqram sayəsində böyük populyarlıq qazanan Kerimcan Durmaz lüks evini nümayiş etdirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada paylaşdığı video materiallarla fenomen olduqdan sonra DJ kimi fəaliyyət göstərən Kerimcan Durmaz 4 mərtəbəli, 600 kvadratmetrli, hovuzlu villasına ayda 25 min TL (təxminən 12 min manat) kirayə ödəyir.

Hər şeyi özünün seçdiyini bildirən Kerimcan Durmaz evə 2,5 aydan sonra yerləşdiyini deyib:

“Səhnədən sonra evimə gəlib yatmağa üstünlük verirəm. Evin huzurlu və rahat olması mənim üçün çox önəmlidir. Hər şeyi öz zövqümə arxalanaraq seçdim ki, özümü yaxşı hiss edim”.

Xatırladaq ki, Dj bu yaxınlarda verdiyi müsahibəsində pulunun sayı-hesabını itirdiyini və pul saymağı dayandırdığını demişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm