• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Evdə dinclik yaratmaq üçün dekorasiya qaydaları

  • Dizayn
  • 25 Aprel 2015 18:30
  • 1 341 Baxış
Evdə dinclik yaratmaq üçün dekorasiya qaydaları

Türkiyəli məşhur memar Səlim Yuhay evdə dinclik tapmaq üçün interyerdə doğru rəng və aksessuarlardan istifadənin önəmindən danışıb.

Publika.az memarın bu məqsədlə verdiyi maraqlı təkliflərini ümumiləşdirib:

Memar deyir ki, evdə vaxt keçirməkdən zövq almaq üçün əvvəlcə insan özünü yaxşı tanımalıdır. Onun sözlərinə görə, insana dinclik bəxş edən bir ev üçün uşaqlığın keçdiyi ana və ata evindəki bəzi rəng və ünsürlərdən istifadə edilməlidir:

“Yeni evinizin dekorasiyasında uşaqlığınızı keçirdiyiniz evi xatırladan kiçik nüanslara yer verin. Bu özünüzü daha yaxşı, dinc və güvənli hiss etməyinizə səbəb olacaq”.

Memar rahat və dinclik bəxş edən ev üçün otaqlarda çəhrayı, mavi və ağ rəngə üstünlük verməyi tövsiyə edir.

“Günün stressi yataq otağında atılır. Ona görə də yataq otağında sizi dinc və rahat hiss etdirə biləcək rəng və əşyalardan istifadə etməlisiniz.

Yataq otaqları üçün açıq rənglər daha uyğundur. Otağı sizə hüzur verən rəsm əsərləriylə də bəzəyə bilərsiniz. Üfüq insana ümid və sevinc hissi verir. Ona görə də yataq otağında üfüq xəttini əks etdirən rəsmlərdən istifadə etmək məqsədə uyğundur”.

Memarın sözlərinə görə, uşaq otaqlarında isə körpənin araşdırmaçı ruhunu ortaya çıxarıb inkişaf etdirəcək əşyalara yer verilməlidir: “Çoxlu siyirtməli şkaflar qoyun. Otağı ağ və ya mavi rəngə boyayın. Belə otaqlar uşaqların özünü rahat hiss etməsinə kömək edir”.

Evlərdə istifadə edilən rənglərin insanlara müsbət və ya mənfi təsir etdiyini bildirən Yuhay çəhrayı rəngin önəmini vurğulayır:

"Çəhrayı rəng insanı rahatlaşdırır. Çəhrayını sadəcə, qadınların sevimli rəngi kimi qəbul etməyin. Bu rəng kişilər də müsbət təsir edir. Dəniz və səmaya baxanda necə rahatlaşırıqsa, evimizdə mavi, ağ və çəhrayı rəngi görəndə də eyni hissləri yaşayırıq. Mavi rəngdən mətbəxdə də istifadə etmək olar. Çünki mavi aclıq hissini aradan qaldırır, daha az yeməyə səbəb olur”.

Memar evin işığının da insanın əhval-ruhiyyəsinə təsir etdiyini vurğulayır:

“Evlərdə sarı işıqdan istifadə edilməlidir. İşıq zəif olmalıdır. Gün ərzində kompüter qarşısında oturanlar evdə zəif işıqda oturduqda gözləri dincəlir”.

Evdə dinclik tapmaq üçün memarın son tövsiyəsi isə otaqlarda həddən artıq əşyadan istifadə etməməkdir. Otaqda sıxlıq narahatlığa səbəb olur”.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR