Əhval-ruhiyyəni yüksəldən rəngin sehri - FOTOLAR
Bizi izləyin

Dizayn

Əhval-ruhiyyəni yüksəldən rəngin sehri - FOTOLAR

Bu il interyerdə yay aylarını xatırladan mehriban, səmimi və bir o qədər də iddialı narıncı rəngin müxtəlif çalarları çox dəbdədir.

Bu rəng insan əhvali-ruhiyyəsini qaldırır. Həzz, bayram və alicənablığı xarakterizə edir. Narıncı həm də paklıq və sağlamlıq rəngidir. Öz keyfiyyətlərinə görə bu rəng qızmar isti, enerji, yetkinlik, sevinc və mehribanlıq simvolu kimi də tanınır. Bu rəngi daha çox optimistlər, enerjili adamlar sevir. Onlar daim yeniliyə can atırlar.

Narıncı çox iddialı olsa da, müasir dekorasiyada qonaq otağında bu rəngdən geniş istifadə olunur. Üstəlik, deyilənlərə görə, yeməkdən sonra narıncı rəngə boyanmış otaqda olmaq mədənin işini yüngülləşdirir.

Mütəxəssislər interyerdə narıncı rəngi soyuq mavi və ya sakit yaşılla birləşdirməyi məsləhət görürlər. İnteryerdə narıncı rəngdən istifadə etmək qərarına gəlmisinizsə, otağın boğucu, zəhlətökən görünməməsi üçün ağ və boz kimi açıq rənglərdən də istifadə edə bilərsiniz.

Dizaynerlər bu il qonaq otağı üçün narıncı rəngli mebellər də təklif edirlər. Narıncı rəngli etajer, kamod və şkaflar otaqda ən diqqətçəkən əşyalar olacaqlar. Narıncı rəngli mebel almağa cürət etməyənlər bu rəngli yastıq və ya aksessuarlarla kifayətlənə bilər. Yaxud da pərdə və xalçaları bu rəngdə seçmək olar.

Narıncı rəngdən həmçinin mətbəx, hamam otağında da istifadə edilir.

Yataq otağında divarı bu rəngə boyamaq və ya narıncı divar kağızlarından istifadə etmək tövsiyə olunmur. Amma yataq dəstlərini və aksessuarları narıncı rəngdə seçə bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm