İnteryerdə küçə sənəti - FOTOLAR
Bizi izləyin

Dizayn

İnteryerdə küçə sənəti - FOTOLAR

Qrafiti - ictimai yerlərdə, yaşayış binalarının divarlarında və ya digər səthlərdə müxtəlif təsvirlərin, şəkillərin qanunsuz olaraq çəkilməsidir. Qrafiti əslində Hip-hop mədəniyyətinin bədii janrıdır.

Küçə incəsənətinin digər sənətlərdən əsas fərqi pul deyil, sadəcə, şəxsi tələbatı ödəmək məqsədi daşımasıdır. Belə ki, qrafitidən insanlar öz fikirlərini, azad düşüncələrini hakimiyyətə bildirmək üçün istifadə edib.

Bu sənət getdikcə bir çox dövlətlərdə yayılıb. Əlbəttə ki, diktatura rejimində olan hakimiyyətlər bunu yaxşı qarşılamayıb. Belə rəsmlərin müəllifləri dərhal həbs edilib, edam olunub və s. cəzalar alıb. Lakin ən sərt tədbirlər belə insanları bu sənətin gücündən istifadə etməkdən çəkindirə bilməyib.

Lakin qrafiti son illərdə məqsədini aşıb. Artıq ondan istifadə edərək yalnız açıq məkanları gözəlləşdirməklə kifayətlənmirlər. Daha qrafitini sadəcə küçə incəsənəti də hesab etmirlər. Dizaynerlər neçə ildir ki, qrafitidən interyerdə də istifadə edirlər. Ev dekorasiyasının müasir tendensiyasına əsasən, divarlarda arzuladığınız istənilən təsvirləri çəkmək olar. Qrafiti interyeri tamamilə başqalaşdıracaq, məkan çox enerjili görünəcək.

İnteryerdə bu tendensiyadan istifadə etdikdə bir neçə məqama diqqət yetirmək lazımdır. Məsələn, eviniz klassik üslubda dizayn olunubsa, qrafiti sənətindən istifadə yersiz görünəcək.

Qrafiti sənəti kifayət qədər geniş və müxtəlif, zəngin və əhatəlidir, çox sadə, eyni zamanda effektlidir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm