İnteryerdə rəngarəng stul dəbi – FOTOLAR
Bizi izləyin

Dizayn

İnteryerdə rəngarəng stul dəbi – FOTOLAR

Əvvəllər yemək otağına dəst yemək masası və stullar alınardı. Yemək masası da otağın mebelləri və divanla uyğun olmalı idi. Hər şey o qədər bir-birinin eynisi olardı ki, nəticədə otaq olduqca sıxıcı görünərdi. Otaqda olan bütün əşyalar demək olar ki, eyni rəng idi. Zamanla bu ənənə öz əhəmiyyətini itirir və yeni qaydalar yaranır. Müasir evlərin dekoru çox rəngli, çox dinamik dekorasiya ilə əvəz olunub.

Artıq evlərin hər guşəsində müxtəlif üslublar, müxtəlif rənglər hökm sürür. Son dövrün dekorasiya trendləri arasında ən çox rast gəlinən tendensiyalardan biri də stulların qarışıq formada olmasıdır. Uyğunsuz və fərqli tərzlərdə stullar, yemək masaları evin ən sevilən yerinə çevrilə bilər.

Tamamilə fərqli rənglərdə və fərqli materiallardan istehsal edilmiş stulları qarışdırın. Masanın ətrafına taxta, metal, plastik stullar düzün. Bunların hər biri fərqli rənglərdə olmalıdır, ancaq yenə də ahəngi tapmağa çalışın.

Fərqli stullar istifadə etmək, eyni zamanda tək qalmış stulları yenidən istifadə etmək imkanı və yeni yemək masası dəsti qazandıra bilər.

Çox fərqli stullar istifadə etmək sizin üslubunuza yaddırsa, eyni stulların fərqli rənglərini seçmək kimi variantınız da var. Əgər parça ilə örtülü stullar istifadə edirsinizsə, stulları fərqli rənglərdə və ya naxışlarda olmasına diqqət edin.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm