“İŞİD üzvlərinə şengen vizası verəcəyik” – müdafiə nazirindən ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

“İŞİD üzvlərinə şengen vizası verəcəyik” – müdafiə nazirindən ŞOK AÇIQLAMA

“Əgər Avropa Birliyi bizə borc verməsə, o zaman biz də İŞİD üzvləri və digər hər kəsə şengen vizası verəcəyik”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, belə bəyanatla Yunanıstanın müdafiə naziri, “Müstəqil yunanlar” partiyasının lideri Panos Kammenos çıxış edib.

Yunan nazir bəyan edib ki, Avropa kreditorlarının əsl məqsədi razılığa gəlmək deyil, əksinə, yunan xalqını əzməkdir: “Avropa Birliyi bizi seçim qarşısında qoymasın. Əks halda, biz də İŞİD üzvləri də daxil olmaqla hər kəsə şengen vizası verə bilərik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm