“Oşadbank” Rusiyaya qarşı 15 milyardlıq iddia irəli sürdü
Bizi izləyin

Dünya

“Oşadbank” Rusiyaya qarşı 15 milyardlıq iddia irəli sürdü

Ukrayna dövlətinə məxsus olan "Oşadbank" Krımda itirilən əmlakına görə Rusiyaya qarşı 15 milyard qrivnalıq (təxminən 730 milyon dollar) iddia qaldırıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk bildirib.

Arseniy Yasenyuk digər dövlət şirkətlərini də “Oşadbank”ın etdiyini təkrarlamağa çağırıb.

Ukraynanın baş naziri bundan əvvəl də Rusiyanı Krımda "Oşadbank"ın əmlakını oğurlamaqda ittiham edib. “Dövlətə məxsus "Oşadbank"ın Krımda 300 kiloqram qızılı olub. Onlar 300 kiloqram qızılı sadəcə oğurlayıb aparıblar. Ukrayna Milli Bankının Krım Muxtar Respublikasındakı bölməsində bizim 4 milyard qrivna (təxminən 300 milyon dollar) pulumuz var idi”, - Yasenyuk bildirib.

Kiyev Krımda Rusiyanın ona vurduğu ziyanı 1 trilyon qrivna (təxminən 100 milyard dollar) qiymətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm