Eşton Ruhani ilə görüşdü (FOTO)
Bizi izləyin

Dünya

Eşton Ruhani ilə görüşdü (FOTO)

Eşton Ruhani ilə görüşdü (FOTO)

İranda rəsmi səfərdə olan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.


ANS PRESS-in məlumatına görə, görüşün təfərrüatları hələ mətbuata açıqlanmayıb.


Aİ-nın rəsmisi eləcə də ölkə parlamentinin sədri Əli Laricani ilə görüşərək, birlikdə mətbuat konfransı keçirib.


İranda üçgünlük səfərdə olan K.Eşton ilk olaraq İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşmüşdü. Aİ diplomatiyasının rəhbəri İranın XİN rəhbəri ilə keçirdiyi birgə mətbuat konfransında, İran və "altılıq" (beynəlxalq vasitəçilər) arasında müvəqqəti razılaşmanın vacibliyini vurğulayaraq deyib: "Yekun hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur".


Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm