Ana və 5 yaşlı qızına ilanlarla işgəncə verdilər
Bizi izləyin

Dünya

Ana və 5 yaşlı qızına ilanlarla işgəncə verdilər

Ana və 5 yaşlı qızına ilanlarla işgəncə verdilər

ABŞ-ın Ohayo ştatında hər kəsi dəhşətə salan hadisə baş verib.

“Axar.az” “Milliyət” qəzetinə istinadən xəbər verir ki, ər-arvad 5 yaşında uşağı anası ilə birlikdə qaçırıb. Onlar qadını və balasını ilanlarla qorxudaraq fiziki və mənəvi işgəncə veriblər.

Xordi Kallahan və Cesika Hunt cütlük qadın və uşağını uzun müddət zirzəmidə saxlayaraq ilan və “pitbul” cinsli itlərlə işgəncə veriblər. Tualetin belə olmadığı yerdə saxlanılan qadına edilən işgəncələri videolentə də alıblar.

Ana və qızı polislər tərəfindən xilas olunaraq xəstəxanaya yerləşdirilib. Həbs olunan cütlüyün neçə il cəza alacağı isə hələ ki, məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm