Netanyahu: “İran İŞİD-dən daha təhlükəlidir”
Bizi izləyin

Dünya

Netanyahu: “İran İŞİD-dən daha təhlükəlidir”

İsrailin baş naziri Benyamin Netanyahu “sionizmin qurucusu” Teodor Herzlin məzarının olduğu Qərb Qüdsdəki Herzl dağında təşkil edilən anma mərasimində İran əleyhinə çıxışı ilə yadda qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu İranın artan təcavüzkarlığının İŞİD terror qruplaşmasından daha təhlükəli olduğunu deyib.

İranın “5+1” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) qrupu ilə apardığı nüvə müzakirələrini tənqid edən baş nazir İranı dünyada terrorizmə rəhbərlik etməkdə ittiham edib. O, İranın dünyadakı böyük güclərdən ardıcıl olaraq imtiyazlar aldığını, bu imtiyazların nüvə silahları əldə etməsi üçün onun yolunu açdığını bildirib.

“İran terrorizmi yaymaqda davam edərək 30-dan çox ölkədə şəbəkə qurub. Dünyada sülhü üçün ən böyük təhdid İrandır. İranın artan təcavüzkarlığı İŞİD-dən daha təhlükəlidir və bu təcavüzkarlığın son hədəfi dünyanı ələ keçirməkdir”, - Netanyahu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm