ABŞ orduda kütləvi ixtisarlar aparacaq
Bizi izləyin

Dünya

ABŞ orduda kütləvi ixtisarlar aparacaq

ABŞ ən yaxın iki ildə 40 min hərbçini ordudan çıxaracaq.

Publika.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosunun saytında bildirilib.

Bundan başqa, 17 min mülki qulluqçu ordudan xaric olunacaq. İxtisarın nəticəsinə görə, ordunun şəxsi heyəti təxminən 450 min nəfər təşkil edəcək. Bu isə İkinci Dünya Müharibəsindən sonrakı dövr üçün minimum olacaq.

İxtisarlar 2017-ci maliyyə ilinin sonuna kimi başa çatdırılmalıdır. Deyilənə görə, ixtisarlar praktik olaraq ordunun bütün növlərinə toxunacaq.

Hazırda ABŞ ordusunda hərbi qulluqçuların sayı 500 min civarındadır. Bu isə ümumi sayı 1,3 milyon nəfər təşkil edən silahlı qüvvələrin ən böyük hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm