ABŞ və Almaniya arasında yeni dinləmə qalmaqalı
Bizi izləyin

Dünya

ABŞ və Almaniya arasında yeni dinləmə qalmaqalı

ABŞ və Almaniya arasındakı dinləmə qalmaqallarına daha biri əlavə olunub.

Publika.az xəbər verir ki, “Süddeutsche Zeitung” nəşri “Wikileaks” sənədlərinə istinad edrək ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) uzun illər Almaniya Baş nazirliyini dinlədiyini yazıb.

Almaniya nəşrinin xəbərinə görə, NSA Angela Merkel hökumətindən başqa, Gerhard Şröder və Helmut Kol hökumətlərini də dinləyib. Qeyd edilir ki, siyahıda yer alan 56 telefon nömrəsinin təxminən 24-ü Angela Merkelin ətrafında olan şəxslərin istifadə etdiyi telefon nömrələri olub.

“Wikileaks” saytı ötən həftə NSA-nın illərdir iqtisadiyyat, maliyyə və kənd təsərrüfatı nazirliklərindəki yüksək rütbəli səlahiyyətliləri və nazirləri dinlədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm