Konsulluğa hücum oldu, bayraq endirildi - FOTOLAR
Bizi izləyin

Dünya

Konsulluğa hücum oldu, bayraq endirildi - FOTOLAR

Şərqi Türküstan Maarif Dərnəyinin üzvləri olan təxminən 200 nəfərlik qrup uyğur türklərini Çinə təhvil verdiyi iddia edilən Tailandın İstanbuldakı Baş konsulluğuna hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tailandda saxlanılan 250 uyğurun Çinə qaytarılmasına etiraz edənlər konsulluq binasının qapısını və şüşələrini qıraraq içəriyə daxil olublar.

Konsulluqdakı qovluqları və sənədləri küçəyə tökən insanlar binanın qarşısındakı Tailand bayrağını da endiriblər. “Yaşasın azad Şərqi Türküstan” və “Türkiyə, yatma, qardaşına sahib çıx” kimi şüarlar səsləndirən izdiham daha sonra konsulluğu daşlamağa başlayıb. Konsulluq binasının içərisinə daxil olanların konsulluğa aid kondisioner və digər əşyalara da zərər verdiyi deyilir.

Hadisə yerinə gələn polis qrupları konsulluğun içindəki insanları binadan çıxarıblar. Bu zaman polislə dərnəyin üzvləri arasında qarşıdurma baş verib. Doqquz nəfərin saxlanıldığı bildirilir. Dərnəyin üzvləri bir müddət sonra konsulluğun olduğu küçədə namaz qılıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mustafa Varank “Twitter” hesabında yazdığı statusunda konsulluğa hücumdan təəssüfləndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm