Dünya
Türkiyədə hakimiyyəti devirən sonuncu general öldü – FOTOLAR
Türkiyədə Silahlı Qüvvələr tərəfindən 1980-cı ilin 12 sentyabrında törədilən hərbi çevrilişin həyatda qalan yeganə iştirakçısı, ordu generalı Tahsin Şahinkaya vəfat edib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ordu komandiri olmuş T.Şahinkaya İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. O, 12 iyul dövlət çevrilişinə görə ittiham olunan və həyatda olan yeganə şəxs idi.
Ağır cinayətlər üzrə çalışan vəkil Ersan Şen isə Kənan Evrən işində ittiham olunan son adam Tahsin Şahinkayanın vəfat etdiyinə görə sözügedən cinayət işinin bağlandığını bəyan edib.
Xatırladaq ki, 1980-cı ilin 12 iyulunda Kənan Evrenin rəhbərliyi altında Türkiyədə baş vermiş hərbi çevriliş zamanı Tahsin Şahinkaya Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini tutub. Sonralar Kənan Evrenə qarşı açılmış cinayət işinə Tahsin Şahinkaya da cəlb olunub. Son illər isə Tahsin Şahinkaya Kənan Evren işi üzrə keçirilən məhkəmə proseslərində səhhətinin pis olması səbəbindən iştirak edə bilmirdi. O, məhkəmə proseslərində müalicə olunduğu xəstəxanadan “telekörpü” vasitəsilə məhkəmə zalına bağlanırdı.
Vasif Həsənli
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ