London küçələrində xaos yaranıb - FOTOLAR
Bizi izləyin

Dünya

London küçələrində xaos yaranıb - FOTOLAR

Dünən axşamdan başlayan tətil London metrosunda sözün əsil mənasında həm sakinlər, həm də şəhər qonaqları üçün narahatçılıq yaradıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, London metrosunda baş verən tətil ölkədə baş verən analoqu olmayan ən geniş miqyaslı aksiyadır. Hazırda London metrosunda bütün qatarların hərəkəti dayandırılıb. Nəticədə, sakinlər yerüstü nəqliyyata üz tutduğu üçün insan axınından küçələrdə sanki xaos yaranıb.

Qeyd edək ki, tətil şəhər nəqliyyatının 4 həmkarlar ittifaqının əməkdaşı tərəfindən təşkil olunub. Hazırda tətildə 20 mindən çox insan iştirak edir. Tətilin səbəbləri sentyabr ayından etibarən London metrosunun sutkalıq iş rejiminə keçməsi ilə əmək haqlarının artırılması arasında əmək mübahisəsinin yaranması olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm