• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yağan dolu şəhəri iflic etdi

  • Dünya
  • 9 İyul 2015 20:30
  • 422 Baxış
Yağan dolu şəhəri iflic etdi

Avstriyanın Kartiniya regionunda yağan dolu ölkədəki həyatı iflic edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, güclü yağan dolu evlərin damını deşib. Bundan əlavə, şüşəbəndlər və pəncərələrin şüşələri də qırılıb.

Buz tikələri o qədər böyük olub ki, hətta, yüzdən artıq avtomobilə də ziyan dəyib. Dolu elektrik dirəklərini də deşib. Nəticədə, 16 mindən çox ev işıqsız qalıb.

Verilən məlumata görə, yerli sakinlər arasında xəsarət alanlar var. Zədə və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib.

Sinoptiklərin proqnozları isə heç də qənaətbəxş deyil. Onların məlumatına görə, Avstriya sakinləri yeni fırtınaya hazırlaşmalıdır. Kartiniya sakinlərinə lazım olmadığı halda evdən bayıra çıxmamaq tövsiyə olunub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR