Ərdoğan baş nazirə 45 gün vaxt verdi
Bizi izləyin

Dünya

Ərdoğan baş nazirə 45 gün vaxt verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğluna rəsmi şəkildə 63-cü hökuməti formalaşdırmağı tapşırıb.

Publika.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğlu ilə bu gün mətbuata qapalı görüş keçirib. Görüş 1 saat 10 dəqiqə davam edib.

Prezidentin sözçüsü İbrahim Kalın “Prezidentimiz 63-cü hökuməti qurma vəzifəsini hörmətli Əhməd Davutoğluna verdi. Xeyirli olsun” mesajını “Twitter”dən paylaşıb.

Qanunvericiliyə görə, baş nazir 45 gün ərzində hökümətin tərkibini formalaşdırılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm