Bankın vitse-prezidenti işlədiyi bankı qarət etdi
Bizi izləyin

Dünya

Bankın vitse-prezidenti işlədiyi bankı qarət etdi

ABŞ-da bankın vitse-prezidentini bankı qarət etməyə məcbur ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Tennessi ştatında baş verib.

İki cinayətkar “SmartBank” bankının birinci vitse-prezidenti Tanner Harrisi və arvadı Ebbini girov götürərək gözlərini bağlayıblar. Daha sonra isə cütlüyü və beş aylıq uşağını onların maşınında Harrisin işlədiyi bank bölməsinə gətiriblər.

Soyğunçular Tanneri bankdan pul (məbləği açıqlanmayıb) götürməyə məcbur ediblər. Cinayətkarlar pulu aldıqdan sonra arvadı və uşağı avtomobili ilə birgə qaytararaq hadisə yerindən qaçıblar.

FTB-nin agenti Eda Reyxoldun fikrincə, cinayətkarlar üç ay əvvəl yerli kredit ittifaqlarından birinin baş direktorunu oğurlayan şəxslər ola bilər. “Hər iki soyğunçuluq hadisəsi bir-birinə bənzəyir. Hələlik bunu dəqiq iddia etmək olmaz, amma ehtimal böyükdür”, - Reyxold bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm