Suriyalı qaçqınların sayı dörd milyonu keçib
Bizi izləyin

Dünya

Suriyalı qaçqınların sayı dörd milyonu keçib

Suriyadakı münaqişə nəticəsində qonşu ölkələrə qaçan insanların sayı dörd milyonu keçib. Ən azı 7,6 milyon nəfər isə Suriya ərazisində köçkün düşüb.

Publika.az xəbər verir ki, bu faktlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında yer alıb.

Hazırkı qiymətləndirmələrə görə, BMT QAK qaçqınların sayının 2015-ci ilin sonunadək təxminən 4,27 milyona çatacağını gözləyir.

Məlumatda bildirilir ki, qaçqınların 1.805.255-i Türkiyədə, 249.726-sı İraqda, 629.128-i İordaniyada, 132.375-i Misirdə, 1.172.753-ü isə Livanda sığınacaq tapıb.

Suriyalı qaçqınların durumunun maliyyələşdirilməsi də təxirəsalınmaz problemə çevrilib. BMT QAK-ın qiymətləndirmələrinə əsasən, bütövlükdə 2015-ci il üçün 5,5 milyard dollar məbləğində humanitar və inkişaf üçün yardım tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm