Hakerlər baş nazirin ən yaxın adamının kompüterinə daxil oldu
Bizi izləyin

Dünya

Hakerlər baş nazirin ən yaxın adamının kompüterinə daxil oldu

Livanın “Əl Ahbar” qəzeti hakerlərin İsrailin Müdafiə Nazirliyinin əməkdaşlarının kompüterlərindən ələ keçirdiyi gizli sənədləri dərc edib.

Publika.az xəbər verir ki, hakerlər baş nazir Benyamin Netanyahuya ən yaxın şəxslərdən olan Mandi Safdinin kompüterinə daxil olub və onun telefon danışıqlarını dinləyib.

Məlumata görə, Safdinin bir neçə ay dinlənilməsi Livan və suriyalı səlahiyyətlilərin bir hissəsinin İsraillə əməkdaşlıq etdiyini ortaya çıxarıb. Əldə edilən sənədlərə görə, israilli səlahiyyətlilər ABŞ-ın liderlik etdiyi koalisiyanın bombardman edəcəyi ərazilərin koordinatlarını müxalifətin silahlı qruplarına verib.

Sənədlərdə həmçinin İsrailin Suriya müxalifətinə silah satdığı bildirilir. “Əl Ahbar” sənədlərin hamısını yaxın günlərdə dərc edəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm