Müsəlman ölkələri “Nuh” filminin qadağan ediblər
Bizi izləyin

Dünya

Müsəlman ölkələri “Nuh” filminin qadağan ediblər

Müsəlman ölkələri “Nuh” filminin qadağan ediblər

İnterAz-ın “The Hollywood Reporter”-ə istinadən verdiyi xəbərə görə, Fars körfəzinin üç ölkəsi – Qatar, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri – Nuh Peyğəmbər (ə.s) haqda çəkilmiş filmə prokat vəsiqəsi verməkdən imtina ediblər. Gözlənilir ki, İordaniya, Küveyt və Misir də filmə dair eyni qərarı verəcək.

Filmin qadağan olunduğu ölkələrdə hesab edirlər ki, film peyğəmbərlərin və Allah rəsullarının göstərilməsini qadağan edən islam qanunlarına ziddir. İslamda Nuh əs. beş ən nüfuzlu peyğəmbərlərdən biridir. O isə adıçəkilən filmdə - əsas personajlardan biridir.

Qeyd edək ki, “Paramount” şirkəti filmin bir neçə versiyasını hazırlayıb ki, dindar tamaşaçıların qəzəbinə tuş gəlməsin. Ancaq filmin rejissoru məhz müəllif variantının prokatnda israr edib.

Filmdə baş rolları Rassel Krou, Emma Uotson və Entoni Hopkins ifa ediblər. Rusiya ekranlarına “Nuh” filmi martın 27-də çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm