Dövlət Şurası son nöqtəni qoydu: “Ərdoğan dərhal Çankayaya qayıtmalıdır”
Bizi izləyin

Dünya

Dövlət Şurası son nöqtəni qoydu: “Ərdoğan dərhal Çankayaya qayıtmalıdır”

Türkiyə Dövlət Şurası Administrativ İddia Dairələri Təşkilatı “Ak Saray”la bağlı mübahisələrdə son nöqtəni qoyub.

Publika.az “Radikal” nəşrinə istinadən xəbər verir ki, qurum məhkəmənin “Ak Saray” prezident sarayının tikintisinə icazə verən qərarını ləğv edib.

Türkiyə Memarlar Palatasının Ankara şöbəsinin rəhbəri Tüzcan Candan bildirib ki, qərar “Ak Saray”ın qanunsuz tikildiyini növbəti dəfə göstərib. O, buranın təcili olaraq boşaldılmalı və prezidentin Çankaya Köçkünə köçməli olduğunu deyib.

“Ak Saray” prezident sarayının tikintisi 2011-ci ildə başlayıb. Sarayda baş nazirin dəftərxanasının yerləşəcəyi bildirilsə də, Rəcəb Tayyip Ərdoğan 2014-cü ildə prezident seçildikdən sonra binanı prezident iqamətgahı elan edib.

Prezident sarayının tikintisini tənqid edən müxalifət partiyaları tikinti işlərinə böyük vəsaitlərin xərcləndiyini iddia edirlər. Maliyyə naziri Mehmet Şimşək sarayın tikintisinə 615 mln dollar xərcləndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm