• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyə üçün 45 gün başladı - MÜMKÜN SSENARİLƏR

  • Dünya
  • 10 İyul 2015 17:54
  • 360 Baxış
Türkiyə üçün 45 gün başladı - MÜMKÜN SSENARİLƏR

Xəbər verildiyi kimi, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğluna rəsmi şəkildə 63-cü hökuməti formalaşdırmağı tapşırıb. Konstitusiyaya görə, baş nazir 45 gün ərzində hökumətin tərkibi formalaşdırılmalıdır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökumətin qurulması üçün rəsmi müddətin başlanması mümkün koalisiya ssenarilərini də gündəmə gətirib.

Məlumata görə, siyasi kulislərdə danışılan ssenarilər aşağıdakılardır:

- Ədalət və İnkişaf Partiyasının (AKP) iştirakı ilə uzunömürlü koalisiya: AKP-nin Cümhuriyyət Xalq Partiyası (CHP), ya da Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə razılaşaraq ən azı 2 il davam edəcək bir koalisiyanın qurulması ehtimalı. AKP-də ölkə üçün olduqca kritik bir dövrdə növbədənkənar seçkilərin doğru olmadığı hesab edilir. CHP ilə koalisiyanın qurulması asan olsa da, hesab edilir ki, bu koalisiyanın uzunmüddətli yaşaması ehtimalı azdır. MHP-nin isə “Ərdoğan Çankaya Köçkünə qayıtmalı”, “kürd məsələsi”nin həlli prosesi dayandırmalı” və “17-25 dekabr əməliyyatlarında adı rüşvət və sui-istifadədə hallanan şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir” kimi tələbləri bu partiya ilə koalisiyanı demək olar ki, qeyri-mümkün edir.

- AKP-li, amma növbədənkənar seçkilərin keçiriləcəyi şərtli koalisiya: Türkiyənin ətrafındakı gərginliyin aradan qaldırılması üçün vaxt qazanmaq məqsədilə CHP və MHP ilə koalisiyanın qurulması. Amma bu koalisiya müəyyən bir tarixdə növbədənkənar seçkilərin keçirilməsi şərti ilə qurulacaq.

- Azlıq hökuməti ilə növbədənkənar seçkilər: AKP Yunanıstan və Suriya sərhədindəki prosesləri səbəb göstərərək hansısa partiyanın kənardan dəstəklədiyi azlıq hökuməti qura bilər. Amma prezidentin bu ssenariyə müsbət baxmadığı deyilir.

- Üç partiyalı müxalifət hökuməti: Əhməd Davudoğlu koalisiya axtarışlarında müvəffəqiyyətsiz qalacağı halda prezident hökuməti formalaşdırma vəzifəsini CHP-nin sədri Kamal Kılıçdaroğluna verəcək. Siyasi kulislərdə CHP, MHP və Xalqların Demokratik Partiyasının (HDP) yer alacağı 3 partiyalı koalisiyadan danışılsa da, MHP-nin heç bir halda HDP ilə koalisiyada iştirak etməyəcəyini açıqlaması bu ssenarinin də baş tutma ehtimalını aşağı salır.

- Müvəqqəti Nazirlər Kabineti və növbədənkənar seçkilər: 45 günlük müddətdə koalisiya axtarışları nəticəsiz qalsa, prezident Konstitusiyada müəyyən edilmiş səlahiyyətinə söykənərək növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verəcək. Bu halda mövcud Nazirlər Kabineti fəaliyyətini dayandıracaq və parlamentdəki 4 partiyanın mandat sayına görə kresloya sahib olacağı müvəqqəti Nazirlər Kabineti yaradılacaq. Bundan sonra isə ölkə növbədənkənar seçkilərə gedəcək. Amma AKP-nin hökuməti digər 3 partiya ilə paylaşaraq seçkiyə getməsinə müsbət yanaşmadığı deyilir. Eyni zamanda MHP-nin HDP ilə eyni kabinetdə təmsil olunmaq istəməməsi bu ssenarinin reallaşmasını da mümkünsüz edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR