Evsiz uşaq bir çoxlarına örnək oldu - FOTO
Bizi izləyin

Dünya

Evsiz uşaq bir çoxlarına örnək oldu - FOTO

Sosial şəbəkələrdə Filippindən olan balaca, evsiz oğlanın fotoları yayımlanıb. Restoranlardan birinin pəncərəsindən sızan işığın altında dərslərini etməyə çalışan oğlan hamıya örnək olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəkli tibb tələbəsi Coys Torrifranka çəkib. O, azyaşlı uşağın restoranın pəncərəsindən sızan işığın altında dərslərini hazırlamasından heyrətə gəldiyi üçün onu çəkmək qərarına gəlib.

Evsiz uşağın fotosu internetdə yayımlandıqdan sonra jurnalistlər şəklin qəhrəmanının axtarışına çıxıb.

Sən demə uşağın adı Daniel Kabreradır və onun 9 yaşı var. Onun anası duldur və Daniel böyüyəndə polis və ya həkim olmaq istəyir. Uşağın nə istədiyi haqda sual verəndə, o, kitablar və evdə elektrik enerjisinin olmasını istəyib. Dünya Bankının hesabatına görə, Filippin sakinlərinin 83 faizinin evində elektrik enerjisi var.

Danielin evi yanğın zamanı məhv olduğu üçün anası və qardaşı ilə işıqsız dükanda yaşayır. Xoşbəxtlikdən, Danielin hekayəsi yayımlandıqdan sonra onunla məmurlar və kömək etmək istəyən insanlar da maraqlanıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm