Sarkozi İslama qarşı: kilsələrin müsəlmanlara verilməsinə qarşı çıxdı
Bizi izləyin

Dünya

Sarkozi İslama qarşı: kilsələrin müsəlmanlara verilməsinə qarşı çıxdı

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi boş qalan katolik məbədlərin müsəlmanlara verilməsinı qarşı çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident ultrasağ “Valeurs Actuelles” jurnalında “Bizim məbədlərimizə toxunmayın” başlıqlı yazıya imza atıb.

Yazının altına həmçinin yazıçılar və tanınmış jurnalistlər də daxil olmaqla bir çox ictimai xadim imza atıb. Sarkozi mediaya açıqlamasında ölkədə kilsələrin əsrlər boyunca fransızların tarixi mirasının bir hissəsi olduğunu bildirib.

İctimai rəy sorğusuna əsasən, fransızların 67 faizi kilsələrin məscid kimi istifadə olunmasına qarşı çıxıb.

Xatırladaq ki, Parisdəki Böyük Məscidin imamı Dalila Bubaker boş qalan katolik məbədlərin məscidlərə çevirməyi təklif edib. Onun sözlərinə görə, ölkədəki beş milyon əhali üçün təxminən beş min məscid lazımdır.

Məlumata görə, hazırda Fransada 2500 məscid var, daha 300-ü isə tikilir.

Qeyd edək ki, müsəlmanlara qarşı həmişə sərt fikirləri ilə tanınan keçmiş prezident “Charlie Hebdo” satirik jurnalının redaksiyasındakı terror aktından sonra islam barəsində daha sərt çıxış etməyə başlayıb. Sarkozi mart ayında orta məktəblər və universitetlərdə hicab geyinməsinin qadağan edilməsini təklif edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm