• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kremlin keçmiş bankiri Fransaya qaçdı

  • Dünya
  • 10 İyul 2015 21:39
  • 383 Baxış
Kremlin keçmiş bankiri Fransaya qaçdı

Rusiyalı oliqarx, prezident Vladimir Putinin keçmiş müttəfiqi Sergey Puqaçov məhkəmənin qətnaməsini pozaraq Böyük Britaniyadan Fransaya qaçıb.

Publika.az xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.

Rusiyalı oliqarx 2009-cu ildə Fransa vətəndaşlığını alıb. O, Rusiyada “Mejprombank”dan yüz milyonlarla dolları oğurlamaqda ittiham edilir. Lakin Puqaçov ittihamları rədd edir və ittihamların siyasi xarakter daşıdığını bildirir.

Rusiya Böyük Britaniyadan Puqaçovun ekstradisiyasını tələb edib. Birləşmiş Krallığın Ali Məhkəməsi isə Moskvanın tələbini qismən yerinə yetirərək oliqarxın bütün dünyadakı aktivlərini dondurub.

“The Financial Times” yazıb ki, Britaniya polisinin terrorçuluğa qarşı bölməsinin əməkdaşları onun maşınlarında may ayında şübhəli qurğuların aşkarlanmasından sonra oliqarxın həyatına mümkün təhlükəni araşdırır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR