Qatil həkim 175 illik həbs oluna bilər
Bizi izləyin

Dünya

Qatil həkim 175 illik həbs oluna bilər

ABŞ-da çalışan onkoloq-həkimə 175 il həbs cəzası verilə bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Fərid Fata xəstələrə yalan diaqnoz qoymaqla və lazımından artıq müalicə üsulu yazmaqla özünə kifayət qədər vəsait toplayıb. Bu azmış kimi, həkim xəstələrə normadan artıq kimyəvi terapiya yazmaqla onların orqanizminə xələl gətirib.

Detroytda keçirilən məhkəmə prosesində Fata “Abırsız və həkim adına layiq görülməyən” şəxs adlandırılıb. Onun çiyinlərində 553 xəstəlik hadisəsi var. Fata hətta, tamamilə sağlam adama xərçəng xəstəliyinə qarşı dərmanlar da yazıb. O, il ərzində vəsaitlərini artırmaqla yanaşı, insanların ölümünə də səbəb olub.

Prokuror hakimdən Fərid Fataya 175 il həbs cəzasının verilməsini tələb edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm